Məhsulların çatdırılma şərtləri

Saytdakı göstərilən məhsullar Azərbaycan Respublikasının istənilən rayon və şəhərinə çatdırılması mümkündür. Bakı şəhəri ərazisində toplam məbləği 30 manatı keçən sifarişlər pulsuz çatdırılır. Abşeron yarımadasının digər yaşayış məntəqələrinə, həmçinin Sumqayıt şəhərinə sifarişlərin çatdırılma haqqı 3 AZN təşkil edir. Ölkənin digər rayon və şəhərlərinə çatdırılma haqqı 5 AZN təşkil edir.

Çatdırılma müddəti

Bakı, Abşeron və Sumqayıt yaşayış məntəqələrinə anbarda olan məhsullar 1 iş günü ərzində çatdırılır. Azərbaycanın digər rayon və şəhərlərinə çatdırılma 2-4 iş günü ərzində həyata keçirilir.

Ödəniş və kredit şərtləri

DigiShop.az saytında Azərbaycan Respublikasının bankları tərəfindən emissiya edilmiş VISA/MasterCard və Maestro kredit kartları vasitəsi ilə sifarişlərin ödənişini aparmaq mümkündür. UniBank tərəfindən təqdim olunan Albalı və Albalı+ kredit kartlar vasitəsi ilə ödənişi 3, 6 və 12 aya bölüşdürmək imkanından yararlanmaq olar. Bu halda sifarişinin toplam məbləğinə kreditin müddətindən asılı olaraq 7% (3 ay), 10% (6 ay) və 17% (12 ay) komissiya əlavə ediləcək.

Bakı, Abşeron və Sumqayıt şəhərindən göndərilən sifarişləri həmçinin nağd şəkildə alış zamanı kuryerə ödəmək mümkündür. Digər rayon və şəhərlərə sifarişlər yalnız öncədən ödəniş aparılmasından sonra göndərilir.