Media Player Google Chromecast (2015)

Google Chromecast televizorun HDMI girişinə qoşulan və telefon, planşet, ya da noutbukdan məzmunu birbaşa böyük ekrana daşıya bilən kiçik bir qurğudur. Chromecast qurğusu iPhone, iPad, habelə Android əməliyyat sistemi əsasında işləyən cihazları və Mac, Windows, eləcə də Chromebook kompüterlərini dəstəkləyir.

İmtina

Chromecast nədir?

Google Chromecast televizorun HDMI girişinə qoşulan və telefon, planşet, ya da noutbukdan məzmunu birbaşa böyük ekrana daşıya bilən kiçik bir qurğudur. Chromecast qurğusu iPhone, iPad, habelə Android əməliyyat sistemi əsasında işləyən cihazları və Mac, Windows, eləcə də Chromebook kompüterlərini dəstəkləyir.

Chromecast_post_1

Sevdiyiniz tətbiqləri böyük ekrana daşıyın

Chromecast qurğuzuna uyğun gələn tətbiqlərin sayı günü gündən artır. Bütün siyahı ilə chromecast.com/apps keçidindən tanış olmaq olar.

Chromecast_post_2

Kiçik displeylərdən cana gəlmisiniz? Video, musiqi və fotolarınızı noutbuklardan və Android tipli cihazlardan birbaşa televizora daşıyın! Artıq Chrome-da işləmək, telefon və ya planşetlərdən filmlərə baxmaq daha rahat olacaq.

Chromecast_post_3

Televiziyaya yeni baxış

Chromecast ilə telefonunuz televizor pultuna dönür. Smartfon, planşet, ya da noutbukunuzdan istifadə edərək televizor ekranında məlumat axtarmaq, saytlara baxmaq, müsiqiklipləri və videolar nümayiş etdirmək, pleylistlər yaratmaq olar. Bütün bunlar telefonda nömrə yığmaq, zəng qəbul etmək, tətbiqləri açmaq, ya da İnternetdə işləmək üçün əngəl yaratmır!

Sizinlə yanaşı dost və yaxınlarınız da öz smartfon və planşetlərindən televizoru idarə edə bilərlər. Bunun üçün heç bir əlavə tənzimləmə də tələb olunmur: sadəcə ekran qarşısına keçib ailə və ya dost mühitində əyləncəli vaxt keçirin!

Chromecast_post_4

Ekran pərdəsi yaradın ki, translyasiyalar arasında istəyinizə görə ekrana ya gözəl mənzərələr, peyk fotoları, ya da şəxsi şəkilləriniz gəlsin. Bunu necə etmək olduğuna dair məlumatla chromecast.com/backdrop keçidindən tanış olun.

Chromecast_post_5

Hər kəs üçün, hamı üçün

Chromecast-dan istifadə etmək olduqca asandır. Onu smartfona, planşetə, noutbuka qoşmaq heç də çətin deyil, bütün yeniləmələr isə avtomatik olaraq yüklənir. Əvvəlcə bu cihazdan bir ədəd alıb onun nə qədər rahat və faydalı olduğunu görün, ardından da evdəki bütün televizorlarınız üçün Chromecast alın.

Evinizə gələn qonaqlarınız da Wi-Fi şəbəkəsinə qoşulmadan televozurunuzun ekranına öz foto, video, musiqi, ya da oyunlarını qonaq rejimində daşıya biləcəklər. Birlikdə böyük ekranda maraqlı məzmuna tamaşa etmək üçün sadəcə televizorunuzun başında yığışmaq yetər.

Chromecast_post_6

Chromecast haqqında daha ətraflı məlumat rəsmi Google saytında yerləşdirilib

MP-GC2K15

Rəylər

Heç bir rəy hələ ki bildirilimətib.

İlk rəyiniz sizdən olsun “Media Player Google Chromecast (2015)”


*

HÖRMƏTLİ ZİYARƏTÇİ! DIGISHOP MÜVƏQQƏTİ OLARAQ SİFARİŞLƏRİ QƏBUL ETMİR. ZİYARƏT ETDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK!