4.00 5 3 rəy əsasında
(3 rəy bildirilib)

Xiaomi Yi Action-kamera

Xiaomi

Yi Camera – Xiaomi şirkəti tərəfindən məşhur action-kameraları istehsal edən şirkətlərə gözlənilməz zərbə. Münasib qiymət, Full HD çəkiliş və Wi-Fi qoşulma imkanları olan bu kamera tez bir zamanda sizi özünüzə sevdirəcək.

İmtina

16-meqapiksellik Xiaomi Yi Camera – məşhur action-kameraları istehsal edən şirkətlərə gözlənilməz zərbə.

Xiaomi_yicam_post_1

Xiaomi YiCam kompakt ölçülərə (60.4mm x 42mm х 21.2mm) malik olmaqla yanaşı, həm də peşəkar və yüksək səviyyəli çəkiliş nümayiş etdirir. Foto və videoların emalını Ambarella A7LS prosesor, SONY Exmor R CMS 16MPX matrisa, f/2.8 155° genişbucaqlı obyektiv aparır, bu isə öz növbəsində daha dəqiq və parlaq görüntünü təmin edir. Kameranın çəkisi cəmi 72 qrammdır.

Xiaomi_yicam_post_2

Xiaomi Yi kamerasının korpusu zərbəyə və yüksək hərarətə dözümlü olan ABS plastikdən hazırlanıb. Qeyd etmək lazımdır kı, Toyota, Bentley və bir sıra tanınmış avtomobillərin bamperləri də məhz bu cür ABS plastikdən hazırlanmışdır.

Xiaomi_yicam_post_3

Xiaomi Yi kamerası ilə çəkilmiş videogörüntülər H.264 formatında kodlaşdırılır. Çəkilmiş təsvirlər 3D MFCT səsboğucu ilə emal olunur, bu da öz növbəsində şəkillərin daha stabil görüntüsünü təmin edib, onları xromatik abberasiyalardan azad edir. Xiaomi Yi kamerası Full HD 1080p (1920 x 1080), saniyədə 60 kadr formatında çəkiliş aparır kı, bunun sayəsində videolar daha aydın, peşəkar və kinematoqrafik səviyyədə əks olunur.

Xiaomi_yicam_post_5

Xiaomi Yi Camera bir neçə rejimdə çəkiliş apara bilir:

  • Sürətlə hərəkət edən obyektlərin peşəkar çəkilişi (Full HD 1080p, saniyədə 60 kadr)
  • Gündəlik çəkiliş (Full HD 1080p, saniyədə 30 kadr)
  • Yüksək-keyfiyyətli idman rejimi (720p, saniyədə 120 kadr)
  • Ultra-sürətli obyektlərinin çəkilişi, məsələn güllə atışı (480p, saniyədə 240 kadr)

Xiaomi Yi kamerasını Wi-Fi şəbəkəsinə qoşmaqla çəkilişi smartfon vasitəsi ilə idarə etmək mümkün olacaq. Bu da sizə sərbəst surətdə heç kəsə müraciət etmədən özünüzün foto və video çəkilişlərin aparmasına imkan yaradacaqdır.

Məhsulu DigiShop.az internet mağazasında 6 ay zəmanətlə əldə edə bilərsiniz.

AC-XYI

3 rəy bu məhsul üçün: Xiaomi Yi Action-kamera

Kenan
3 /5

Bes bu mehsul ne vaxt yenisi !ovcud olacaq?

    DigiShop.az

    Kenan bəy, bu kameranın yenisi hələ kı buraxılmayıb. Hal hazırda yaşıl rəngi mövcuddur.

Kamal
5 /5

Pakete ne daxildir 99 azn?

    DigiShop.az

    Kamal bəy, komplektə kamera və USB kabel daxildir.

Rufet
4 /5

149 azn icerisine onun cubugu daxil deeyil? cunki ekser sifarislerde onun cubugu da birlkde paketde olur

    DigiShop.az

    Hörmətli Rüfət bəy. DigiShop-da satışda olan Xiaomi Yi Kamerasının komplektasiyasına çubuq daxil deyil.

Rəy bildir


*

HÖRMƏTLİ ZİYARƏTÇİ! DIGISHOP MÜVƏQQƏTİ OLARAQ SİFARİŞLƏRİ QƏBUL ETMİR. ZİYARƏT ETDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK!