Saytdan istifadə qaydaları

Bu sayt (sonradan «DigiShop» adlandırılacaq) şəxsi qeyri-kommesiya məqsədləri üçün materialların baxılmasını və onların yüklənməsini icazə verir. Bu şərtlə ki, ötürülən materiallarda və onun istənilən surətlərində saxlanılan məlumatlara münasibətdə müəlliflik və digər mülkiyyət hüquqlarının pozulmaması gözlənilsin. Saytda yerləşdirilmiş məlumatların dəyişdirilməsi, habelə Sayt rəhbərliyinin icazəsi olmadan kommersiya məqsədləri ilə onların yayılması və ya nümayiş etdirilməsi qadağandır. DigiShop xəbərdarlıq etmədən bu saytda yerləşdirilmiş materiallarda, o cümlədən Saytda göstərilən mallarda və onların qiymətlərində dəyişiklik etmək hüququna malikdir. Saytdan istifadə zamanı və ya ondan istifadənin qeyri-mümkünlüyü nəticəsində dəymiş və ya dəyə biləcək ziyana görə DigiShop heç bir məsuliyyət daşımır.

Saytda qeydiyyat

Saytda qeydiyyatdan keçərkən, siz özünüz və sizə məxsus əlaqə vasitələri haqqında doğru məlumatlarınn təqdim edilməsinə öz razılığınızı bildirirsiniz. Qeydiyyat nəticəsində sizə login və şifrə təqdim edilir ki, Siz onların təhlükəsiz istifadəsinə, habelə həmin login və şifrə həyata keçirilən istənilən əməliyyatlara görə məsuliyyət daşıyırsınız.

Əks əlaqə

Bizə müraciət olunarkən və ya saytda şərh yazdıqda siz həmin müraciətin və ya yazının qeyri-qanuni, viruslardan azad olunduğuna, bu yazıların təhdidedici, böhtan xarakterli olmayan, müəlliflik hüquqlaını pozmayan, irqi, milli, dili din, mənşəyi, əqidə, siyasi və sosial mənşəyinə görə ayrı seçkilik yaratmayan və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini pozmadığına əminsiniz, əks təqdirdə buna görə müvafiq məsuliyyət daşıyacaqsınız. DigiShop Sizin razılığınız olmadan istənilən məlumatı silə, habelə Sizin məlumatlarınızı əvəzsiz olaraq öz mülahizəsinə görə istifadə edə bilər.

Şəxsi məlumatlardan istifadə

DigiShop-a daxil olduqda, biz məlumatların yığılması və saxlanılması üçün müxtəlif texnologiyalardan istifadə edirik. Bu bir və ya bir neçə “cookies” və ya anonim identifikatorları özündə ehtiva edə bilər. Tərəfdaşlarımızın təklif etdikləri xidmətlərindən, məsələn reklam xidmətləri ola bilər ki, bu digər saytlarda əks olunsun, yararlanarkən biz eyni zamanda bir neçə cookies və anonim identifikatorları istifadə edirik.

İnternet mağazada malları alarkən

İnternet mağaza olan DigiShop ödəniş vasitəsi kimi Azərbaycan Respublikasının bankları tərəfindən emissiya edilmiş VISA/MasterCard və Maestro kredit kartlarını qəbul edir. Onlayn ödəniş saytda prossesinq mərkəzinin təhlükəsiz protokol (HTTPS) vasitəsi ilə həyata keçirilir. DigiShop internet mağazasının əməkdaşlarına ödənişin həyata keçirilməsi üçün istifadə olunan kredit və ya debit kartları barədə məlumatlar daxil olmur. DigiShop alıcının ödəniş kartlarının itirilməsi və ya onun sərəncamı olmadan üçüncü şəxslərin istifadəsinə görə məsuliyyət daşımır.

Malların geri qaytarılma şərtləri və zəmanət öhdəlikləri

Azərbaycan Respublikasının qanunvericilyinə görə alıcı malın əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı saxlamaq şərti ilə həmçinin, malın verilməsi ilə bərabər müşayiət edilmiş sənədlərlə birgə satıcıya 14 gün ərzində alınmış malı geri qaytara bilər və müştəriyə tam şəkildə ödənilən pul geri qaytarıla bilər. Əgər malın əmtəə görünüşü və yarlığı saxlanılmayıbsa, malın dəyərindən 20% tutulmaq şərti ilə mal 14 gün ərzində geri qaytarıla bilər. DigiShop internet mağazasına geri qaytarılması üçün çəkilən bütün xərclər alıcı tərəfindən ödənilir. DigiShop internet mağazası tərəfindən təklif olunan bir sıra mallar zəmanət təminatı ilə xidmət olunur. Zəmanət müddəti Saytda malların təsvirində, eyni zamanda alıcıya mal təhvil verilərkən zəmanət talonunda göstərilir. Zəmanət müddəti alıcıya malın təhvil verilmə anından hesablanır. Malda istehsal zədəsi olduqda, habelə alıcının təqsiri olmadan nasaz vəziyyətə düşdükdə, zəmanət müddəti ərzində mal pulsuz olaraq təmir edilir və ya təmir edilməsi qeyri-mümkün olduqda eyni növdən olan malla və ya həmin qiymət çərçivəsində olan analoji malla əvəz edilir. Zəmanət üzrə təmirin müddəti 10-30 gün civarında dəyişə bilər.